Modern.az

Ukrayna bu qədər ərazini Rusiyadan geri aldı

Ukrayna bu qədər ərazini Rusiyadan geri aldı

Dünya

17 İyul 2023, 11:00

Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində 180 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib.

 

Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, həmçinin 68 Rusiya hərbçisi əsir götürülüb.

 

"Ukraynanın cənubda son bir həftə ərzində itkiləri düşmənin itkilərindən 5.3 dəfə, şərqdə isə düşmənin itkilərindən 8 dəfə az olub", - məlumatda deyilir.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi