Modern.az

Ukraynalı pilotların F-16 təlimləri mərhələli olacaq - İQNAT

Ukraynalı pilotların F-16 təlimləri mərhələli olacaq - İQNAT

Dünya

17 İyul 2023, 12:32

"Ukraynalı pilotların F-16 təlimləri təlimi bir neçə mərhələdə baş tutacaq".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat danışıb.

 

Pilot hazırlığının başlanmasının bu qədər gecikdirilməsinin səbəblərindən danışarkən o qeyd edib ki, yeni tipli təyyarələrə keçid bir sıra tədbirlər tələb etdiyi üçün ilk olaraq “ev tapşırığı” yerinə yetirilməli idi.

 

İqnat deyib ki, Ukrayna hazırda səmasını qoruyan bütün döyüş pilotlarını xaricə təlim üçün göndərə bilməz.

 

"Birinci pilot qrupu yenidən hazırlıq üçün gedəcək birinci dalğadır, sonra ikinci və s. Bunlar artıq müxtəlif ölkələrdə təlimatçılarla birbaşa təlim keçəcək pilotlardır", İqnat vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi