Modern.az

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirdi

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirdi

Dünya

17 İyul 2023, 15:44

44 günlük müharibədən sonra Ermənistana köçən Qarabağ erməniləri və digər yerli sakinlər BMT-nin İrəvandakı ofisi qarşısında yürüşə başlayıblar. Yürüş Rusiya səfirliyinə doğru davam edib.


Modern.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.


Aksiya iştirakçıları Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüblər və bunun üçün Rusiya hakimiyyətini köməyə çağırıblar. Nümayişçilər son hadisələrə görə Moskvanı da ittiham ediblər.

 

Aksiya zamanı Azərbaycanla bağlı bəzi təxribatçı şüarlar səsləndirilsə də, polis əməkdaşları qanunsuz aksiyaya mane olmayıb.


Qeyd edək ki, ötən həftə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.
 

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək