Modern.az

Gürcüstan və Özbəkistan birgə plan imzaladı

Gürcüstan və Özbəkistan birgə plan imzaladı

Dünya

17 İyul 2023, 17:14

Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafına dair plan imzalayıblar.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, İrakli Qaribaşvili və Abdulla Aripov islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər. 

 

Tərəflər Gürcüstanın tranzit potensialını və “Orta Dəhliz”in inkişafının və onun beynəlxalq formatda təşviqinin vacibliyini müzakirə ediblər.

 

Həmçinin geniş tərkibdə keçirilən görüşdə iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.

Bu xəbər ilə bağlı
Özbəkistanın baş naziri Gürcüstana gedir
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi