Modern.az

Sarkisyanın müavini həbsdə qaldı

Sarkisyanın müavini həbsdə qaldı

Dünya

17 İyul 2023, 17:28

Ermənistanda Korrupsiyaya qarşı mübarizə üzrə Apellyasiya Məhkəməsi müxalif Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sarkisyanın müavini Armen Aşotyanın həbsdə qalması barədə qərar çıxarıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə bildirib.

 

Onun özlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.

 

Qeyd edək ki, Aşotyan təhsil naziri olarkən Tibb Universiteti üçün satınalma zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur. İyunun 16-da o, 2 ay müddətinə həbs edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi