Modern.az

Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi - QORXMURUQ!

Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi - QORXMURUQ!

Dünya

17 İyul 2023, 17:48

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh edib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

 

Zelenski bildirib ki, Kiyev taxılın çatdırılması üçün Qara dəniz dəhlizindən istifadənin davam etdirilməsinin tərəfdarıdır.

 

O, həmçinin qeyd edib ki, Kiyev və Moskva müqavilə bağlamadığı üçün Rusiya BMT və Türkiyə ilə müqavilələrini ləğv edib, Ukrayna ilə yox.

 

“Rusiya Federasiyası olmadan belə hər şey edilməlidir ki, biz Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət etdilər. Onlar hazır olduqlarını söylədilər. Əgər Ukrayna buraxsa, Türkiyə də onları buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - deyə sözçü Zelenskidən sitat gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi