Modern.az

Ermənilər BQXK-nin ofisini mühasirəyə aldılar

Ermənilər BQXK-nin ofisini mühasirəyə aldılar

Dünya

3 Avqust 2023, 10:38

Xankəndi şəhərində yaşayan bir qrup erməni Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə girişi bağlayaraq, binanı mühasirəyə alıb.


Modern.az xəbər verir ki, bu barədə "Hayeli" nəşri məlumat yayıb.

 

Bildirilib ki, aralarında Xocalı qatili Vaqif Xaçaturyanın qızının da olduğu etirazçı dəstə BQXK əməkdaşlarını ofisə buraxmayıblar.

 

Məlumata görə, etirazlara səbəb BQXK-nin Xaçaturyanın həbsinə "göz yumması" və onunla bağlı məlumatların verilməməsi olub.

 

Qondarma rejimin "polisləri" əraziyə cəlb olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək