Modern.az

Rusiyaya qarşı sanksiyalar nəticə vermir - Lavrovun müavini

Rusiyaya qarşı sanksiyalar nəticə vermir - Lavrovun müavini

Dünya

10 Avqust 2023, 10:22

"Beynəlxalq Valyuta Fondu və Dünya Bankının məlumatları Rusiyaya qarşı sanksiyaların nəticə vermədiyini təsdiqləyir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.

 

"Rusiya və Moldova hələlik diplomatik münasibətlərin səviyyəsini aşağı salmayacaqlar. Ukrayna-NATO Şurasının yaradılması Rusiya üçün yeni təhlükələr yaratmır, bu, mahiyyətcə sadəcə işarənin dəyişməsidir. NATO-nun Vilnüs sammiti göstərdi ki, NATO Ukraynadan Rusiyaya qarşı proksi müharibədə istifadə etməyə davam edəcək. ABŞ-ın “Microsoft” şirkətinin Qazaxıstanda multiregional mərkəzin yaradılması təşəbbüsü ABŞ-ın maraqları naminə həyata keçirilir", - o iddia edib.

 

"Biz şübhə etmirik ki, postsovet məkanının dövlətləri üzrə proqnozu olan regionlararası qovşağın yaradılması təşəbbüsü Vaşinqtonun maraqlarına uyğun həyata keçirilir. Məqsəd bu ölkələri IT sənayesinə cəlb etməkdir. Bu, ABŞ kəşfiyyat xidmətlərinin fəaliyyətlərini həyata keçirməsini asanlaşdırmaq məqsədi güdür", - Sergey Lavrovun müavini iddialarını davam etdirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi