Modern.az

Polşa-Belarus sərhədi bağlana bilər - 10 min hərbçi yerləşdirilir

Polşa-Belarus sərhədi bağlana bilər - 10 min hərbçi yerləşdirilir

Dünya

10 Avqust 2023, 12:51

Polşa Belarusla sərhəddə 10 min hərbçi yerləşdirmək niyyətindədir.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak məlumat verib.

 

Onun sözlərinə görə, 4 min hərbçi sərhəddə qayda-qanuna riayət olunmasına nəzarət edəcək, daha 6 min nəfər isə ehtiyatda olacaq və bacarıqlarını artıracaq.

 

Nazir əlavə edib ki, təxribatlar baş verəcəyi təqdirdə ölkə Belarusla bütün sərhəd-keçid məntəqələrini bağlamaq imkanını nəzərdən keçirir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi