Modern.az

HHM sistemləri supermarketdə satılmır - İqnat

HHM sistemləri supermarketdə satılmır - İqnat

Dünya

10 Avqust 2023, 13:32

"Hava hücumundan müdafiə sistemləri milli hökumətlərin razılığı ilə satılan texnoloji silahlardır".

 

Modern.az xəbər verir ki, bu barədə "RBC Ukraine" telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnatın açıqlamasına istinadən yazıb.

 

Onun sözlərinə görə, bir çoxları ölkənin havadan müdafiə sistemləri almadığını iddia edirlər.

 

"Bilmək lazımdır ki, "bu pula hava hücumundan müdafiə sistemi almaq mümkün idi" deyənlər yanılırlar. Bu manipulyasiyadır, supermarketə gedib hava hücumundan müdafiə və ya qırıcı almaq olmaz. Belə supermarketlər yoxdur, söhbət texnoloji silahdan gedir. Ölkələrin hökumətlərinin razılığı ilə satılır”, - İqnat bildirib.

 

İqnat qeyd edib ki, komandanlıq Ukraynanın bütün ərazisini əhatə etmək üçün neçə hava hücumundan müdafiə sisteminin lazım olduğunu dəfələrlə hesablayıb.

 

"Hər şeyi birlikdə götürsək, onlarla, hətta yüzlərlə sistemə ehtiyacımız var. Almaniya yalnız iki "Patriot" tədarük edib. Sovet sistemlərini Qərb sistemləri ilə əvəz etməliyik", - o vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi