Modern.az

Erməni nazir İran səfiri ilə görüşdü

Erməni nazir İran səfiri ilə görüşdü

Dünya

10 Avqust 2023, 15:22

Ermənistanın ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyan İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

"Nazir səfiri salamlayıb və ona Ermənistandakı xidmətində uğurlar arzulayıb. Tərəflər isti, mehriban Ermənistan-İran münasibətlərinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıblar", - deyə qeyd olunub.

 

“Münasibətlərimizin yaxşı templə inkişaf etdiyini görmək çox xoşdur, lakin digər sahələrdə də əlaqələrin inkişafı və dərinləşməsi üçün böyük potensial var”, - Sanosyan deyib.

 

Nazir enerji sahəsində mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Görüşdə birgə həyata keçirilən layihələrin icrası müzakirə edilib. Layihələrin müəyyən olunmuş müddətdə başa çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi