Modern.az

Ukrayna Ərdoğan və Quterreşin vasitəçiliyinə razıdır

Ukrayna Ərdoğan və Quterreşin vasitəçiliyinə razıdır

Dünya

10 Avqust 2023, 15:59

"Ukrayna tərəfi Rusiya prezidenti Vladimir Putinə etibar etmir və buna görə də onun iştirakı ilə danışıqlara razı olmayacaq".

 

Modern.az xəbər verir ki, bunu 2Corriere della Sera" nəşrinə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

 

O, Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün üçüncü tərəfin danışıqlara cəlb oluna biləcəyini nəzərə çatdırıb.

 

“İşləri dolayı yolla etmək üçün başqa diplomatik yollar da var. Ancaq bizə aydındır ki, biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görə bilməyəcəyik”, - deyə nazir bildirib.

 

Kuleba qeyd edib ki, Ukrayna Rusiya ilə sülh danışıqları aparmağa hazırdır, lakin Vladimir Putinlə deyil və yalnız Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması şərti ilə. XİN başçısı BMT və Türkiyənin vasitəçi rolunu öz üzərinə götürdüyü vaxt taxıl sazişinin bağlanması prosesini xatırladıb.

 

“Ötən il taxıl sazişi BMT-nin baş katibi Antonio Quterreş və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə olub. Bizimlə və Moskva ilə iki ayrı razılaşma var idi, heç vaxt birbaşa əlaqə olmayıb”, - Dmitri Kuleba söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi