Modern.az

Vuçiç nə Ukraynanın, nə də Rusiyanın qələbəsinə inanır

Vuçiç nə Ukraynanın, nə də Rusiyanın qələbəsinə inanır

11 Avqust 2023, 10:34

"Ukraynaya kömək edən Qərb ölkələri birlikdə olsa belə, Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcəklər".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, iddianı Serbiya prezidenti Aleksandar Vuçiç səsləndirib.

 

Eyni zamanda o, Rusiyanın qalib gələ biləcəyinə əmin deyil, ona görə də ən yaxşı variantın “mümkün qədər tez barışıq əldə etmək” olduğunu hesab edir.

 

“Qərb bütün gücü ilə də döyüş meydanında Rusiyanı məğlub edə bilməyəcək. Lakin mən Rusiyanın döyüş meydanında nəyəsə nail ola biləcəyinə də əmin deyiləm və ona da əmin deyiləm ki, Moskva siyasi cəhətdən nəsə əldə edə bilər”, - Vuçiç əminliyini ifadə edib.

 

Onun fikrincə, Ukraynadakı hərbi münaqişə “dağılma” mərhələsinə qədəm qoyub. Bu baxımdan, Serbiya hakimiyyəti ABŞ-ın maraqlarına cavab verəcək və dünya iqtisadiyyatının sabitləşməsinə kömək edəcək atəşkəsə ümid edir.

 

Aleksandr Vuçiç Ukraynaya görə ölkəsinə xarici təzyiqlərin artmasından şikayətlənib. O, Rusiyaya qarşı sanksiyaları təsirsiz hesab etdiyi üçün bundan imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi