Modern.az

Duda Ukraynanın əks-hücumundan danışdı - Silahları yoxdur

Duda Ukraynanın əks-hücumundan danışdı - Silahları yoxdur

Dünya

11 Avqust 2023, 10:41

Polşa prezidenti Anjey Duda Ukraynanın uğurlu əks-hücumuna skeptik yanaşır.

 

Modern.az xəbər verir ki, Duda bu barədə “The Washington Post” qəzetinə müsahibəsində danışıb.

 

O deyib ki, Ukrayna cəbhədə qüvvələr balansını dəyişdirmək üçün kifayət qədər silaha malik deyil. Prezidentin fikrincə, indi Kiyev “həlledici əks-hücum” keçirəcək vəziyyətdə deyil. Duda hesab edir ki, Ukrayna hərbçilərinin daha ​​çox köməyə ehtiyacı var.

 

“Sual olunur: Ukraynanın müharibədə qüvvələr balansını dəyişmək və qalib gəlmək üçün kifayət qədər silahı varmı? Cavab yəqin ki, yox olacaq. Onların kifayət qədər silahları yoxdur. Biz bunu oradan bilirik ki, onlar hazırda Rusiya hərbçilərinə qarşı çox qətiyyətli əks-hücum keçirə bilmirlər”, - o bildirib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi