Modern.az

ABŞ yardımı Ukraynada vəziyyətə necə təsir edəcək?

ABŞ yardımı Ukraynada vəziyyətə necə təsir edəcək?

Dünya

22 Aprel 2024, 10:43

"ABŞ yardımı Ukraynaya döyüş meydanında kömək edəcək, lakin müharibənin gedişatını dəyişməyəcək".

 

Modern.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.

 

Nəşr qeyd edir ki, Amerika yardımının 6 aylıq gecikməsi Kiyevin gücünü xeyli azaldıb, Moskva isə öz üstünlüklərindən istifadə edib.

 

"ABŞ-ın köməyi Ukrayna hərbçilərinə möhlət verəcək və onlara Kremlin irəliləyişini ləngitməyə, effektiv müdafiə aparmağa və itkiləri minimuma endirməyə kömək edəcək. Lakin daha irəli getmək üçün daha çox köməyə ehtiyac var və bu, Konqresdəki respublikaçıların müqavimətini nəzərə alsaq, ABŞ üçün çətin perspektivdir", - "Bloomberg" qeyd edib.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!