Modern.az

\"Pensiya yaşı artmayacaq, bu, dürüstlük məsələsidir\"

\

1 May 2024, 11:54

"Almaniyada rekord sayda işçi var".

 

Modern.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Beynəlxalq Əmək Günü ilə bağlı videomüraciətində bildirib.

 

O deyib ki, hazırda ölkədə 46 milyon vətəndaş işlə təmin olunub, bu da əvvəlkindən daha çoxdur. Eyni zamanda o bildirib ki, yaxın illərdə ölkənin daha çox işçi qüvvəsinə ehtiyacı olacaq: "Ona görə biz də əminik ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbilə bizə gələnlər mümkün qədər tez işə başlamalıdırlar".

 

Kansler Almaniyada pensiya yaşının artırılması ehtimalını rədd edib və bunun onun üçün “dürüstlük məsələsi” olduğunu söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...