Modern.az

Tokayev Azərbaycan-Ermənistan danışıqlarını ALQIŞLAYIR

Tokayev Azərbaycan-Ermənistan danışıqlarını ALQIŞLAYIR

Dünya

1 May 2024, 12:16

Qazaxıstan Prezident Kasım-Jomart Tokayevin Almatıda Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi ilə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatı Qazaxıstan PA - "Aqorda" dərc edib.

 

"Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh müqaviləsinin hazırlanması üzrə xarici işlər nazirləri arasında danışıqların aparılması haqqında Azərbaycan Respublikası və Ermənistan Respublikasının razılaşmasını alqışlayıram.

 

Bu mühüm hadisənin 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş tutması rəmzidir.

 

Mən ondan çıxış edirəm ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan sazişlərinin praktiki icrasına xidmət edəcək və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcək", - deyə qeyd olunub.

 

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

 

Görüşə Ermənistan tərəfi də razılıq verib. Tarix razılaşadırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...