Modern.az

Makronu və arvadını hədələyən şəxsə hökm oxundu

Makronu və arvadını hədələyən şəxsə hökm oxundu

Dünya

2 May 2024, 15:06

Fransada məhkəmə prezident Emmanuel Makronu və onun həyat yoldaşını hədələyən 76 yaşlı təqaüdçünü 6 ay həbs cəzasına məhkum edib.

Modern.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, təqaüdçü vətəndaşlara sosial xidmət mərkəzinin əməkdaşına məktub ünvanlayıb, orada prezidentin və onun həyat yoldaşının boğazını dişləməyə çağırıb, məktuba müvafiq məzmunlu fotokollaj da əlavə edib.

O, həmçinin Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı Makronu təhdid edə biləcək risklərdən yazıb.

Təqaüdçünün vəkili isə qeyd edib ki, məktub mahiyyət etibarı ilə xeyli maddi sıxıntısı olan və sosial mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan qocanın kömək çağırışıdır.

Təqaüdçü onu da bildirib ki, heç kimə zərər vermək niyyətində deyil. Bununla belə, məhkəmə prokurorluğun vəsatətini təmin edib.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi