Modern.az

Paşinyanın həbs edilməsi tələb olunur - Prokurorluq işə qarışdı

Paşinyanın həbs edilməsi tələb olunur - Prokurorluq işə qarışdı

Dünya

3 May 2024, 15:27

Ermənistanın Baş Prokurorluğu Tavuş  hadisələri ilə bağlı Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb edilməsi tələbini Milli Təhlükəsizlik Xidmətinə göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, Paşinyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına görə cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. O qeyd edib ki, cinayət işinin başlanması və ya başlanmasından imtina edilməsi məsələsinə yalnız Milli Təhlükəsizlik Xidmətinin yoxlamasından sonra baxılacaq.

 

Qeyd edək ki, bundan əvvəl vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Baş Prokurorluğa ərizə təqdim edib. Onların iddiasına görə, Ermənistanda ərazi dəyişikliyi məsələləri yalnız referendum yolu ilə həll olunmalıdır.

 

Xatırladaq ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi