Modern.az

Rusiya Zelenskini axtarışa verdi

Rusiya Zelenskini axtarışa verdi

4 May 2024, 16:30

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya DİN-nin məlumat bazasında informasiya yerləşdirilib.

 

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

 

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

 

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi