Modern.az

Rusiya onu da axtarışa verdi 

Rusiya onu da axtarışa verdi 

4 May 2024, 22:13

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuku axtarışa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin saytında məlumat yayılıb.

 

Bildirilib ki, Pavlyuk Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarılır. Hansı maddənin olduğu açıqlanmayıb.

 

Qeyd edək ki, bu gün Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın hazırkı və keçmiş prezidentləri Volodimir Zelenski ilə Petro Poroşenkonu da axtarışa verib.

 

Pavlyuk 2024-cü ilin fevralında Quru Qoşunlarının komandanı təyin edilib. O, bundan əvvəl Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi