Modern.az

Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayır?

Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayır?

5 May 2024, 18:46

Fransa Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib.

 

Modern.az “Asia Times”a istinadən xəbər verir ki, onlar 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb.

 

İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, bu sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb.

 

Müşahidəçilərin fikrincə, hazırda Rusiyanın bu addımı III Dünya Müharibəsinin başlanması kimi nəzərdən keçirib-keçirməyəcəyi maraq doğurur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi