Modern.az

Latviya Dəmir Yolları Rusiya və Belarusdan detallar almaq üçün icazə istəyir

Latviya Dəmir Yolları Rusiya və Belarusdan detallar almaq üçün icazə istəyir

Dünya

6 May 2024, 12:44

Latviya Dəmir Yolları hökumətdən Belarus və Rusiya Federasiyasından mal almağa icazə verilməsini xahiş edib.

 

Modern.az xəbər verir ki, Latviyanın “Pasažieru vilciens” dəmir yolu şirkəti sovet dövründə istehsal olunan elektrik və dizel qatarlarının ehtiyat hissələrini başqa yerdən almaq mümkün olmadığı üçün belə bir istisna tələb edir.

 

RBC yazır ki, şirkət bunu Latviya Seyminin Büdcə və Maliyyə Komissiyasına göndərdiyi məktubda qeyd edib.

 

Seym komissiyası hazırda kommunal xidmət təminatçılarından satınalmalar haqqında qanuna dəyişiklikləri nəzərdən keçirir. Onların fikrincə, qanunvericilik səviyyəsində tender iştirakçıları sifarişləri yerinə yetirərkən Rusiya və Belarus mallarından istifadədən imtina etməlidirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi