Modern.az

Noyabra qədər sülh müqaviləsi imzalana bilər - Paşinyan "razıyam" deyir

Noyabra qədər sülh müqaviləsi imzalana bilər - Paşinyan

Dünya

7 May 2024, 14:50

Ermənistanın baş naziri Nikol Paşinyan noyabra qədər Azərbaycanla sülh müqaviləsinin imzalanması ideyası ilə razıdır.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.

 

Qeyd olunub ki, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

 

Ermənistanın baş naziri  iki ölkənin xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşündən sonra irəliləyişə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, görüş mayın 10-da baş tutacaq. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Almatıdakı danışıqlarda İrəvan və Bakının öhdəliklərinin yazılı şəkildə qeydə alınacağına ümid etdiyini bildirib. "Biz inanırıq ki, Almatıda danışıqlar zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə qeyd etmək imkanı olacaq", - Mirzoyan Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə keçirdiyi mətbuat konfransında deyib.
 

O, həmçinin danışıqların “irəli addım” olacağına, “hər iki tərəfin öz öhdəliklərinə sadiq qalacağına”, işçi qrupların Ermənistan və Azərbaycan üçün vacib olan məsələlərin təfərrüatlarını müzakirə etməyə davam edəcəyinə ümidli olduğunu söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi