Modern.az

II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir - Paşinyan

II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir - Paşinyan

7 May 2024, 15:32

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Bütün Ermənilərin Katolikosu II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, hərəkatın benefisiarı isə Robert Koçaryandır.

 

Modern.az xəbər verir ki, Paşinyan bugünkü mətbuat konfransında deyib ki, erməni keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının məqsədi onun sələflərini hakimiyyətə qaytarmaqdır.

 

Paşinyanın sözlərinə görə, hələ 2021-ci ildə Robert Koçaryan kilsənin köməyi ilə hakimiyyətin dəyişməsi ssenarisini təqdim edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi