Modern.az

Yeni Baş nazir Zelenski ilə görüşdü

Yeni Baş nazir Zelenski ilə görüşdü

19 İyul 2024, 13:38

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın rəsmiləri ilə danışıqlar aparmaq üçün Britaniya Baş nazirliyinin ofisi olan “10 Downing Street”ə gəlib.

Modern.az xəbər verir ki, onu Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşılayıb. Böyük Britaniyaya üçüncü səfərini edən Ukrayna Prezidenti həm də 1997-ci ildə ABŞ Prezidenti Bill Klintondan sonra nazirlər kabinetində çıxış edən ilk xarici lider olacaq.

Kir Starmer V.Zelenski ilə görüşü çox xüsusi məqam adlandırıb. O, həmçinin bu görüşün Britaniyanın Ukrayna xalqına dəstəyini bir daha ifadə etmək və Kiyevlə birlikdə olmaq əzmini bir daha təsdiqləmək üçün fürsət olduğunu deyib.

Volodimir Zelenski müharibədə Ukraynaya kömək üçün əldə oluna bilinəcək önəmli qərarları müzakirə etmək istədiyini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri