ABŞ prezidenti Barak Obama Kubaya yola düşüb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, tarixi səfərdə prezidenti hökumət nümayəndələri, konqresmenlər, sahibkarlar və ailə üzvləri müşaiyət edir.
Qeyd edək ki, Obama, adaya səfər edəcək ikinci ABŞ prezidenti olacaq. Kubaya ilk dəfə 1928-ci ildə Calvin Coolidge səfər edib. Obamanın Kubanın rəhbəri Raul Kastro ilə danışıqlar aparacağı və yerli televiziya ilə çıxış edəcəyi planlaşdırılıb. Ağ Ev başçısının Kubanın əfsanəvi lideri Fidel Kastro ilə görüşü nəzərdə tutulmayıb.
Vaşinqton və Havana keçən ilin iyul ayında diplomatik münasibətləri bərpa ediblər və ABŞ 54 illik fasilədən sonra səyahət və ticarət qadağalarını aradan qaldırıb.
Modern.az