Modern.az

Gəncədə qaz sızmasından evdə partlayış, xəsarət alanlar var

Gəncədə qaz sızmasından evdə partlayış, xəsarət alanlar var

2 Fevral 2020, 09:38

Gəncədə evdə partlayış olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

 

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı