Modern.az

Bu nazirliyin tabeliyindəki Komissiyada antikorrupsiya əməliyyatı keçirildi

Bu nazirliyin tabeliyindəki Komissiyada antikorrupsiya əməliyyatı keçirildi

4 Sentyabr 2020, 13:00

Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) əməliyyat keçirilib.


Modern.az
-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.


Nazirlik rəsmisinin sözlərinə görə, yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir