Modern.az

16 yaşda qaçırılan qızın bibisi DANIŞDI: "Ləmanı aldadıblar"

16 yaşda qaçırılan qızın bibisi DANIŞDI:

Hadisə

21 Yanvar 2022, 17:20

Bir neçə gün bundan öncə Tərtər rayonunun Evoğlu kəndində 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədovun qaçırdığı barədə qızın ailəsi tərəfindən polisə müraciət daxil olub.

 

Modern.az saytının əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün qızın bibisi Xanım Əhmədova ilə əlaqə saxlayıb.

 

Bibinin sözlərinə görə, Ləman geri dönmək istəmir:

 

“Elə indi Ləmanla əlaqə saxladım. Vəziyyətinin yaxşı olduğunu, öz istəyi ilə qaçdığını dedi. Amma biz razılaşmırıq. Çünki o azyaşlıdı, yaşının pis vaxtıdı.

 

Ləmanın da istəyi olduğu üçün məcburən oğlana dedim ki, qızı geri qaytar, adət-ənənə ilə həll edək. Amma oğlan yenə razı olmur. Deyir ki, qızı ancaq toya bir gün qalmış ata evinə qaytara bilər. Buna da mənim qardaşım razı deyil”.

 

Müsahibimiz bildirib ki, oğlan tərəfi qızı aldadıb:

 

“Sonuncu dəfə Ləmanı anası ilə nənəsi görüb, o da polis şöbəsində. Polis qızın qərar verə biəcək yaşda olduğunu vurğulayıb. Amma qızın heç 18 yaşı yoxdu, 16 yaşın içindədi.

 

Qardaşım araşdırıb ki, oğlanın 31 yaşı var. 10 il ailəli olub, həm də nikahdankənar. Ləmanın orda axırı yoxdu. O, oğlanla bədbəxt olacaq. Savadlı qız idi, onu alddaıblar.

 

Oğlan tərəfinin qızı harada saxladığı, hara qaçırdığı barədə heç bir məlumatımız yoxdu”.

 

Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər polisində araşdırmalar davam etdirilir.

 

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı