Modern.az

Füzulidə AĞIR QƏZA - Ölən və yaralananlar var

Füzulidə AĞIR QƏZA - Ölən və yaralananlar var

Hadisə

23 Sentyabr 2022, 09:43

Füzulidə ağır yol qəzası olub, ölən və yaralananlar var.

 

Modern.az xəbər verir ki, ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobili toqquşub.

 

Toqquşma nəticəsində "Daewoo" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə onun sərnişini - 1955-ci il təvəllüdlü Rahilə İmaməliyeva hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...