Modern.az

Gəncə sakini qonşusunu ÖLDÜRDÜ

Gəncə sakini qonşusunu ÖLDÜRDÜ

Hadisə

7 Oktyabr 2022, 09:54

Oktyabrın 6-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Anar Hüseynovun almış olduğu xəsarət nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Gəncə şəhər prokurorluğundan Modern.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 1993-cü il təvəllüdlü Ramil Musayevun oktyabrın 5-i axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Anar Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməsi, sonuncu almış olduğu xəsarət nəticəsində qeyd edilən tarixdə öldüyü müəyyən edilib.

 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Ramil Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı