Modern.az

Gədəbəydə ağır qəza - 5 nəfər yaralandı

Gədəbəydə ağır qəza - 5 nəfər yaralandı

Hadisə

14 Noyabr 2022, 09:07

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Qaraməmmədli kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib.

 

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər - 1995-ci il təvəllüdlü A.Tağızadə, 1997-ci il təvəllüdlü B.Əkbərov, 1995-cı il təvəllüdlü Ç.Məhəmmədli, 1997-ci il təvəllüdlü D.Məhəmmədli, 1993-cü il təvəllüdlü Z.Ələkbərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı