Modern.az

Narkotikin təsiri altında "BMW" sürən şəxs TUTULDU

Narkotikin təsiri altında

Hadisə

30 Mart 2024, 08:31

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə Füzuli rayon sakini Taleh Quliyev saxlanılıb.

 

Araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

 

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir