Modern.az

“Beşiktaş” “Qalatasaray”a qalib gəldi

“Beşiktaş” “Qalatasaray”a qalib gəldi

İdman

30 Aprel 2023, 22:14

Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

 

Modern.az xəbər verir ki, 32-ci turda "Beşiktaş" klubu öz meydanında "Qalatasaray"ı qəbul edib.

 

"Vodafon Park" stadionunda oynanılan görüşdə meydan sahibləri hesabda 0:1 geridə olsa da, yekunda 3:1 hesablı qələbə qazanıb. Komandalar arasındakı bundan əvvəlki oyunda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 70 xalla (30 oyun) 1-ci, "Beşiktaş" 65 xalla (31 oyun) 3-cüdür. "Fənərbaxça" isə 67 xalla (30 oyun) 2-cidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü