Modern.az

Millimizin Avropa çempionatında potensial rəqibləri müəyyənləşdi

Millimizin Avropa çempionatında potensial rəqibləri müəyyənləşdi

İdman

28 Mart 2024, 12:59

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında potensial rəqibləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, püşkatma mərasimi aprelin 4-də baş tutacaq.

 

Azərbaycan millisi püşkatmaya birinci səbətdən qoşulacaq.

 

1-ci səbət: Bosniya və Herseqovina, Rumıniya, Bolqarıstan, Qazaxıstan, Azərbaycan, Slovakiya.

 

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.

 

3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.

 

4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

 

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir