Modern.az

FIDE növbəti reytinq cədvəlini açıqladı - Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

FIDE növbəti reytinq cədvəlini açıqladı - Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi

İdman

1 Aprel 2024, 10:28

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) növbəti reytinq cədvəli açıqlanıb.

 

Modern.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki pillə irəliləyərək 2733 xalla XXVII sıraya qalxıb.

 

Teymur Rəcəbov 2723 xalla üç mövqe geriləyib və XXVIII yerdə qərarlaşıb.

 

Rauf Məmmədov 2651 xalla 85-ci yerdə qalıb. Nicat Abasov isə ilk “100-lüy”ə düşə bilməyib.

 

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 2436 xalla 34-cü, Gövhər Beydullayeva 2402 xalla 46-cı, Ülviyyə Fətəliyeva 2377 xalla 72-ci, Xanım Balacayeva 2371 xalla 77-ci, Gülnar Məmmədova 2352 xalla 99-cu pillədə yer alıb.

 

Qeyd edək ki, siyahıya 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2632 xalla birinci pillədə qərarlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…