Ötən axşam UEFA Çempionlar Liqasında yarımfinalın ikinci oyunu keçirilib.
Modern.az xəbər verir ki, Dortmund "Borussiya"sı PSJ-ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu isə 36-cı dəqiqədə Nikolas Fülkruq vurub.
Xatırladaq ki, yarımfinalın ilk matçında "Bavariya" (Almaniya) "Real"la (İspaniya) heç-heçə edib - 2:2.
Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-8-də olacaq.