Modern.az

Nicat Abasov Hindistan şahmatçısına məğlub oldu

Nicat Abasov Hindistan şahmatçısına məğlub oldu

İdman

11 Aprel 2024, 09:30

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 28 yaşlı qrossmeyster altıncı turda Hindistan təmsilçisi Rameşbabu Praqnanandhayla qarşılaşıb və rəqibinə məğlub olub: 0:1

 

N.Abasov ilk turda Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, üçüncü turda Hikaru Nakamura (ABŞ), dördüncü turda Fransanı təmsil edən Əlireza Firuzca ilə bərabərə qalıb. Beşinci turda isə Hindistan təmsilçisi Dommaracu Qukeşə məğlub olub.

 

Hesabında 1,5 xal olan Nicat Abasov eyni nəticə göstərən Əlireza Firuzca ilə 7-8-ci yerləri bölüşdürür. Turnir cədvəlinə hərəyə 4 xal toplayan Dommaracu Qukeş və Yan Nepomnyaşi başçılıq edir.

 

İddiaçılar Turnirinə aprelin 22-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü