Modern.az

"Fənərbaxça"dan növbəti QƏLƏBƏ 

İdman

14 Aprel 2024, 23:30

Türkiyə Superliqasında 32-ci turun növbəti oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" səfərdə "Fatih Karagümrük"ün qonağı olub. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər oyunlarında "Başakşəhər" "Pendikspor"a 3:2, "İstanbulspor" "Hatayspor"a 3:0 və "Rizəspor" "Antalyaspor"a 3:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bu nəticədən sonra "Fənərbağça" 85 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən "Qalatasaray" 84 xalla ikinci, 52 xallı "Trabzonspor" isə üçüncü pillədə qərarlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!