Modern.az

Dünya zənginlərinin yeni reytinqi AÇIQLANDI

Dünya zənginlərinin yeni reytinqi AÇIQLANDI

İqtisadiyyat

21 İyul 2020, 09:49

İxtiraçı və sahibkar İlon Mask ilk dəfə olaraq planetin ən varlı insanları siyahısında ilk beşliyə daxil olub.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə "Forbes" reytinqinin real vaxt rejimində yenilənən məlumatında deyilir.

Bildirilir ki, "SpaceX" şirkətinin banisinin sərvəti 74,2 milyard dolları ötüb və o, planetin ən varlı insanları siyahısında beşinci yerə yüksəlib.

 

 

Qeyd edək ki, siyahıda ilk pillədə "Amazon"un rəhbəri Ceff Bezos (189 milyard dollar), ikinci pillədə "Louis Vuitton Moet Hennessy" şirkətlər qrupunun prezidenti Bernar Arno ailəsi ilə birlikdə (113,8 milyard dollar), üçüncü pillədə "Microsoft" şirkətinin banisi Bill Qeyts (113,4 milyard dollar) və dördüncü pillədə "Facebook"un banisi Mark Zukerberq (90,3 milyard dollar) qərarlaşıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!