Türkiyənin pop kraliçası Sezen Aksu oğluna vəsiyyət etdiyi qeyri-adi mirasla medianın diqqət mərkəzinə düşüb. Modern.az-ın məlumatına görə, o, oğlu Mithat Cana bənzəri olmayan miras bağışlayır.
Anasının bu surprizi ilə qarşılaşan Mithat çox təəccüblənib. Sezen Aksu bu mirasa sağ olduğu müddətcə yeni mahnılar qatacağını və “sənə vəsiyətimdir... Bu mahnıları mən öldükdən sonra yaşat” deyib. Oğlu Mithat da anasına söz verib.
Qeyd edək ki, 1974-cü ildən Türkiyə şou-biznesində özünəməxsus yer tutan Sezen Aksu bir çoxlarını ulduz zirvəsinə qaldırıb.
Elçin AĞAYEV