Modern.az

“SOCAR Georgia Gas”ın rəhbərliyi DƏYİŞDİ

“SOCAR Georgia Gas”ın rəhbərliyi DƏYİŞDİ

İqtisadiyyat

10 Mart 2023, 14:36

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru Azər Məmmədov vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

 

Bildirilib ki, bu vəzifəyə Mariam Valişvili təyin edilib. Valişvili yeni təyinata qədər SOCAR-ın Gürcüstan nümayəndəliyinin müşaviri olub.

 

Hazırda A. Məmmədov “SOCAR Georgia”nın müşaviri vəzifəsini icra edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!