Modern.az

Süni intellekt 300 milyon insanı işsiz QOYACAQ

Süni intellekt 300 milyon insanı işsiz QOYACAQ

İqtisadiyyat

29 Mart 2023, 08:17

Süni intellekt (və ya süni zəka) dünyada 300 milyon işçini əvəz edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının hesabatında bildirilib.

 

Hesabata görə, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər.

 

Buna baxmayaraq, texnologiya məhsuldarlığı artıra bilər. Hesabatda qeyd olunub ki, süni intellekt sayəsində illik qlobal xidmət və istehsal 7 faiz böyüyə bilər.

 

Bildirilib ki, süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 faizi inzibati, 44 faizi hüquqi, 6 faizi tikinti, 4 faizi isə texniki xidmət və təmir sektorundadır.

Bu xəbər ilə bağlı
SÜNİ ZƏKA: Siyasətdən məişətə qədər... - Həyatımıza necə təsir edir?
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək