Modern.az

Qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq

Qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq

İqtisadiyyat

3 May 2023, 11:48

Azərbaycan Mərkəzi Bankı ölkə iqtisadiyyatının davamlı inkişafını proqnozlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Vüqar Əhmədov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 2023-cü ilin yekunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda ÜDM 6 faiz artacaq.

 

"Bütün bunlara hər il artmaqda olan investisiyalar və insan kapitalı səbəb olur", - o deyib.

 

AMB-nin idarə heyətinin sədri Taleh Kazımov isə öz növbəsində bankın banklararası bazarın yaradılmasını hədəflədiyini bildirib:

 

"Bildiyiniz kimi, təminatsız banklararası bazarda milli valyutada əməliyyatların orta çəklili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayırıq. Bu, banklararası bazarı formalaşdırmağa imkan verəcək".

 

Bundan başqa, o, pul-kredit siyasətinin sərtləşdirilməsinin həm inflyasiyanın azalmasına, həm də iqtisadi artıma səmərəli təsir göstərdiyini qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı