Modern.az

15 dövlət əmlakı özəlləşdirildi

15 dövlət əmlakı özəlləşdirildi

7 İyun 2023, 17:53

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 1 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

 

Bu barədə Modern.az-a Dövlət Xidmətindən bildirilib.

 

Özəlləşdirilən kiçik dövlət müəssisəsi Qazaxın Xanlıqlar kəndində, yarımçıq tikili isə Bakının Qaradağ rayonunda yerləşir.

 

Nəqliyyat vasitələri üzrə sifarişlərin çoxluğu hərracı rəqabətli edib. Belə ki, hərracda 6 500 manat ilkin start qiyməti ilə təklif edilən “Nissan Teana” markalı avtomobil 13 015 manata satılıb.

 

Hərracda satılan əmlaklar üzrə dövlət büdcəsinə 234 495 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

 

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə //clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq mümkündür.

 

Növbəti hərrac iyunun 20-də keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır