Modern.az

Dünya bazarında qazın qiyməti sabitləşib

Dünya bazarında qazın qiyməti sabitləşib

14 Fevral 2024, 23:17

2023-cü ildə dünya bazarında qazın qiyməti sabitləşib, lakin qiymət tarixi orta göstəricilərdən yüksək olaraq qalır. Rusiyadan mavi yanacaq tədarükünün azalması qaz bazarını gərginlikdə saxlayır.

 

Modern.az xəbər verir ki, bu barədə “Shell” kompaniyasının qaz bazarına həsr olunan illik hesabatında deyilir.

 

Nisbətən mülayim keçən qış fəsli, böyük qaz ehtiyatları, atom enerjisi istehsalının artması və Çinin zəif iqtisadi dirçəlişi 2023-cü ildə qlobal qaz bazarında tarazlıq yaratmağa vəsilə olub.

 

“Avropa və Şərqi Asiyanın əsas idxal regionlarında 2021-ci ilin sonundan 2022-ci ilədək qeydə alınan rekord göstəricilər və görünməmiş dəyişkən qiymətlər qazın ucuzlaşması və sabitləşməsi ilə nəticələnib. Bununla belə, 2023-cü ildə mavi yanacağın qiymətləri 2017-2020-ci illərlə müqayisədə xeyli yüksək olaraq qalıb”, - deyə hesabatda bildirilir.

 

Qeyd edək ki, London ICE birjasının məlumatlarına görə, hazırda Avropada min kubmetr qazın qiyməti 2023-cü ilin iyulundan bəri ilk dəfə olaraq 280 dollardan aşağı düşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!