Modern.az

Ukrayna zavodlara niyə hücum edir? - Rusiyanın 10-a yaxın neft müəssisəsi məhv edilib

Ukrayna zavodlara niyə hücum edir? - Rusiyanın 10-a yaxın neft müəssisəsi məhv edilib

İqtisadiyyat

19 Mart 2024, 09:03

Ukrayna son dövrlərdə Rusiyanın neft emalı zavodlarına ard-arda zərbələr endirir. Hücumlar pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilir.

 

Ekspertlər deyir ki, Ukraynanın məqsədi Rusiyanın neft sənayesinə zərbə vurmaq, onun gəlirlərini azaltmaq, cəbhəyə benzin tədarükünü azaltmaqdır.

 

Ukrayna hansı zavodları hədəf alıb?

 

Modern.az Ukrayna ordusunun son dövrlərdə hədəfə aldığı obyektləri araşdırıb 

 

Ryazan

 

Rusiyanın dövlətə məxsus "Rosneft" şirkətinin nəzarətində olan Ryazan neft emalı zavodunda PUA hücumundan sonra yanğın başlayıb.

 

Sənaye mənbələrinə görə zavod ildə təqribən 12,7 milyon ton (gündə təxminən 317 min barel) neft emal edir. Bu, ümumi emal edilən xam neftin 5.8%-ni təşkil edir. Yanğından sonra iki zədələnmiş neft emalı qurğusu fəaliyyətini dayandırıb. 

 

Ryazan AVT-6 adlı sutkada 170,000 barel xam neft hasil edən (zavodun ümumi xam neft emalının 47,5%-i) əsas xam distillə qurğusunu və təxminən 84,000 barel (zavodun ümumi gücünün 23,4%-i) emal edə bilən daha kiçik AVT-4 qurğusunu dayandırıb. 

 

Hesablamalara görə, hücumdan sonra Ryazan zavodunun xam neft emalı gücü 70% azalıb.

 

Novoşaxtınsk

 

Rusiyanın cənubundakı Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna (NEZ) da PUA ilə hücum olunub. Çərşənbə günü həyata keçirilən hücumdan sonra zavod fəaliyyətini dayandırıb, günün sonunda bərpa edib. Ancaq normal emal səviyyəsinin qorunub saxlandığı hələlik məlum deyil.

 

Sənaye mənbələrinə görə, 2023-cü ildə NEZ-də neft emalı orta hesabla gündə təxminən 96.000 barel təşkil edib. Zavod daxili bazar üçün mühərrik yanacağı istehsal etmir, əsasən ixrac edilən məhsulların emalı ilə məşğuldur.

NORSI

 

Bu müəssisə Rusiyanın dördüncü ən böyük neft emalı zavodudur. Ukraynaya məxsus olduğu bildirilən PUA hücumundan sonra zavodda yanğın baş verib.

 

Zavod Nijni Novqorod şəhəri yaxınlığında, Moskvadan 430 km şərqdə yerləşir və "Lukoil" şirkətinə məxsusdur. Müəssisənin rəsmi adı "Lukoil Nijeqorodnefteorqsintez"dir. Sənaye mənbələrinə görə, NORSI ildə təxminən 15,8 milyon ton (gündə 317 000 barel) və ya ümumi xam neftin 5,8%-ni emal edir.

 

Sənaye mənbələri bildiriblər ki, zavodun əsas xam neft distillə qurğusu (AVT-6) zədələnib, bu, zavodun istehsalının ən azı yarısının dayandırılması deməkdir.

 

2023-cü ildə NORSI təxminən 4,9 milyon ton benzin istehsal edib. Zavod Rusiyanın emal etdiyi neftin ümumi həcminin 11% -ni, dizel yanacağının 6,4%-ni, mazutun 5,6%-ni və ölkənin aviasiya yanacağının 7,4%-ni istehsal edir.

 

“Lukoyl” yanvar ayında bildirib ki, insident səbəbindən neft emalı zavodunda bloku dayandırıb. Yənu martın 12-də PUA hücumundan əvvəl zavodun istehsal prosesində problem olub.

 

Kirişi

 

Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko çərşənbə axşamı bildirib ki, "Surqutnefteqaz"ın "Kirişinefteorqsintez" (KINEF) neft emalı zavodunun yerləşdiyi Kirişinin kənarında Ukraynaya məxsus PUA məhv edilib.

 

Kirişi müəssisəsi Rusiyada ilk iki neft emalı zavodundan biridir. Sənaye mənbələrinə görə, zavod ildə təxminən 17,7 milyon ton (gündə 355 min barel) xam neft və ya ümumi neftin 6,4%-ni emal edir.

 

Sənaye mənbələrinə görə, NEZ-də təxminən 2,3 milyon ton benzin istehsal olunur ki, bu, Rusiyanın ümumi istehsal etdiyi benzinin 5,3 faizini təşkil edir. Zavodda ölkdə emal edilən dizel yanacağının 7,6 faizi, mazutun 16,3 faizi və aviasiya yanacağının 3,4 faizi istehsal olunur.

Sızran

 

“Rosneft”in nəzarətində olan Rusiyanın Sızran neft emalı zavodu martın 16-da Ukrayna PUA zərbəsindən sonra nəzarət altına alınana qədər saatlarla yanıb.

 

Məlumata görə, zavodun iki istehsal bölməsindən biri yanğın səbəbindən zədələnib, bu səbəblə neft emalı zavodu fəaliyyətini dayandırmalıdır.

 

Sızran neft emalı zavodunun ildə 8,5 milyon ton və ya sutkada 170 000 barel xam neft emal etmək gücü var, lakin onun faktiki emalı daha az olub.

 

2023-cü ildə NEZ cəmi 5 milyon ton xam neft emal edib ki, bu da təxminən 100.000 bareldir. Sızran neft emalı zavodu 2023-cü ildə təxminən 1 milyon ton benzin istehsal edib. Hesablamalara görə, Rusiyanın ümumi benzin istehsalının 2,2%-i, dizel yanacağının 2%-i bu müəssisəinin payına düşür.

 

 

"Reuters" yazır ki, Ukraynanın kəşfiyyat idarəsi Samara vilayətində yerləşən "Rosneft"in üç neft emalı zavoduna - Sızran, Novokuybışevski və Kuybışevskiyə zərbələr endirib. Yerli rəsmilərin sözlərinə görə, Novokuibışevski neft emalı zavoduna hücumun qarşısı alınıb. Rusiya mətbuatı Samara şəhərində yerləşən Kuybışevski neft emalı zavoduna hücum barədə məlumat verməyib.

 

Slavyansk

 

Martın 18-də Krasnodar vilayətindəki Slavyansk neft emalı zavodunda dron hücumundan sonra yanğın çıxıb. Yerli rəsmilər bildiriblər ki, yanğın söndürülüb və itki yoxdur. Slavyansk inzibati dairəsinin rəhbəri Roman Siniaqovski "Telegram"da neft emalı zavodunun işçilərinin təxliyə edildiyini və yaxınlıqdakı məskunlaşan ərazilərə təhlükə olmadığını bildirib.

 

Slavyansk Krasnodar vilayətində ildə 4 milyon ton neft, təxminən 1 milyon barel istehsal gücünə malik özəl zavoddur.

 

Kaluqa

 

Qərb mətbuatının məlumatına görə, Ukrayna cümə günü səhər saatlarında Kaluqa vilayətində Rusiyanın neft emalı zavoduna PUA-larla hücum hücum edib və obyekt zərər görüb.

 

Moskvadan təqribən 65 km məsafədə yerləşən Kaluqa neft emalı zavodunun emal qurğusunun gücü ildə 1,2 milyon ton, təxminən gündə 24 min bareldir.

 

Rusiyanın neft obyektlərinin vurulması ölkədə benzin qiymətlərinə də təsir edib. Rusiya martın 1-dən benzin ixracına altı aylıq qadağa qoyub.

 

Qərb mətbuatı bildirir ki, Ukrayna Rusiyanın metallurgiya sənayesini də hədəf almağa başlayıb. Bir neçə gün əvvəl "Severstal" şirkətinə məxsus Çerepovets Metallurgiya Kombinatında partlayış törədilib, Jeleznoqorsk şəhərində yerləşən Variçev adına dağ-mədən filizsaflaşdırma kombinatına və Novolipetsk Metallurgiya Kombinatına isə PUA zərbələri endirilib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir