Modern.az

Gürcüstanda innovativ startap statuslu şirkətlər 3 il vergidən azad olacaq

Gürcüstanda innovativ startap statuslu şirkətlər 3 il vergidən azad olacaq

İqtisadiyyat

19 Mart 2024, 12:44

Gürcüstanda innovativ startap statusuna malik şirkətlər 3 il müddətinə vergidən azad ediləcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze Texnologiya və İnnovasiyalar Agentliyinin 10 illiyinə həsr olunmuş tədbirdə deyib:

 

“Bu təşəbbüs innovasiya ekosisteminin gələcək inkişafı üçün çox vacibdir”.

 

Müvafiq qanun layihəsi yaxın vaxtlarda Gürcüstan hökuməti tərəfindən irəli sürüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir