Modern.az

Daha bir Avropa ölkəsi Azərbaycandan qaz ALIR

Daha bir Avropa ölkəsi Azərbaycandan qaz ALIR

25 Mart 2024, 12:58

Albaniya Azərbaycandan təbii qaz idxal etmək istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi bildirir.

 

 Məlumata görə, bu məqsədlə ölkədə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üçün planlar hazırlanır. 

 

“TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycandan qazın Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitini asanlaşdırmaqdır”, — hesabatda qeyd olunur.

 

Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir